Hefteaz.com xəbər verir ki, “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra onun rəhbərlik etdiyi onlayn media portalının bloklanması qərara alınıb.
Daxili İşlər Nazirliyi (DİN) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərib. Məktubda iddia olunub ki, bu kanalda müxtəlif dövlət orqanlarında çalışan şəxslər haqqında yanlış və onları nüfuzdan salan məlumatlar yayılır.
“Uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərib…”, – DİN bloklanma tələbini belə əsaslandırıb.
Sözügedən media qurumunun rəhbəri Əziz Orucovun hazırda təqsirləndirilən şəxs statusunda həbsdə olması da məktubda yer alıb.
Bundan başqa Əziz Orucovun həyat yoldaşının bank hesablarına həbs qoyublar
Hefteaz.com