Müəllif – Aqil Mahmud
Bu gün əsas mövzu dünən gecə İranın İsrailə raket zərbələri endirməsi və bu hücumun uğursuz alınması ilə bağlıdır. Mən hər zaman demişəm ki, İrandakı molla rejimi Qərbin bir lahiyəsidir. Bəziləri məni qınayırdı.Dünən axşam ABŞın İsrailə sərt xəbərdarlığı nəticəsində İsrail ordusu adekvat addımlar atmadı. Maraqlıdır ki, İran dronları hələ İsrailə çatmamış İranın BMT- dəki nümayəndəsi bəyanat verərək İranın əməliyyatı dərhal dayandırdığını bəyan etdi.
Buradan da göründü ki, İran üçün bu əməliyyat İsrailə zərər vurmaq, gerçək qisas almaq üçün deyil, daha çox ondan gözlənilən cavabı verdiyini göstərib özünün molla rejimini qurtarmaq üçün lazım idi. Bu İran təcrübəsində ilk dəfə deyil. Xatırladaq ki, Trampda bir müsahibəsində demişdi ki, İran ondan xahiş etmişdi ki, ABŞ o zaman İraqdakı bir bazasını boşaltsın və Tehran onun həndəvərinə bir iki raket atib Qasım Süleymaninin qisasını aldığı ilə bağlı bir görüntü yaratsın.
Dünən İsrailn reaksiyasından da göründü ki, bu dəfə də bənzər ssenari olması ehtimalı çox yüksək idi. Təəssüflənirəm ki, molla rejimin kimin lahiyəsi olduğunu bilməyən Azərbaycandakı bəzi Xomeyni sevən dindarlar ABŞ-ı lənətləmək əvəzinə molla rejimin nə məqsədlə yarandığını araşdırsınlar. Bir fakt deyə bilərəm ki, 1979 -cu ildə İran islam inqilabı baş verəndə bu inqilabın rəhbəri sayılan Xomeynin Fransadan ölkəyə qayıdışı ilə islam dövlətinin təməli qoyuldu.
Maraqlıdır ki, Qərbi və Avropanı özünə düşmən bilən molla rejiminin başbilənləri əbədi liderləri olan Xomeynin məhz masson lojalarından birinin yerləşdiyi Fransadan gəlişini və orada neçə illər yaşadığını niyə araşdırmırlar? Bu suallar mənim üçün aydın olsada, təmizliyi və paklığı ilə seçilən İslam dininin pərdəsi arxasında gizlənib, öz məqsədləri üçün istifadə edən molla rejimin başbilənləri hələ də avam kütləyə düşmən moizəsi oxumaqda davam edir. VƏSSALAM!
Hefteaz.com