Azərbaycan Demokratik Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb. Ötən ilin iyulundan həbsdə olan Q.İbadoğlunun azadlığa çıxması üçün yerli və beynəlxalq ictimaiyyətdə kampaniya aparılıb.
Azərbaycan rəsmiləri bununla bağlı açıqlama verməsələr də hökumətyönlü media Q.İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya qorxusu ilə əlaqəli olmadığını iddia edir. “Turan”ın ABŞ müxbiri Aleks Raufoğlu isə bildirib ki, ABŞ Konqresinə təqdim etmək üçün Azərbaycanın 40-a yaxın yüksək vəzifəli məmuruna sanksiya tətbiqi layihəsi hazırlanır.
Hefteaz.com