Foto – Araz Əliyev
Azərbaycanda siyası fəallara qarşı təzyiqlər durmadan artır. Bu təzyiqlər müxtəlif metodlara həyata keçirilir. Məsələn Balakən rayonunda siyas fəal Araz Əliyevə ailəsi üzrənidən təzyiqlər edilir. Bu barədə Hefteaz.com saytına email poçtuna siyası fəalın müraciəti daxil olmuşdur.Həmin müraciəti sizə təqdim edirik:
“Düzü yazmaqla bağlı tərəddüd edirdim. Amma baş verənlər artıq idarəolunmaz vəziyyət alır. İctimailəşdirməkdən başqa əlac da qalmır.
Bir neçə gündür ki, Balakən rayonunda yaşayan ailəm açıq şəkildə hücumlara və təxribatlara məruz qalır. Atamı gəlib evdən aparırlar və narkotiklə şərləyəcəklərini deyərək təhdid edirlər. Bələdiyyə və icra nümayəndələri gəlib torpaq sahələrimizin yenidən ölçülməsini təşkil edirlər. Əlaqəsiz adamları qeydiyyata salıb adlarına torpaq sahəsi çıxarırlar. Etiraz edəndə, hüquqdan, qanundan danışanda da yaşlı-başlı insanları həbslə, narkotiklə təhdid edirlər. Ayrı-ayrı şəxslər vasitəsilə aparılan təhqir və böhtan kampaniyasını isə demirəm.
Hətta daha da irəli gedərək rayonun dövlət reystr xidmətində çalışan siravi məmuru belə təhdid edirlər ki, “biz deyəni etməlisən, yoxsa özündən küs”. Siz bir qudurğanlığın dərəcəsinə baxın.
Sual budur ki, niyə? Hər şey indimi yadlarına düşdü. 30 ildir qanuni mülkiyyətimizdə olan əraziləri təkrar ölçmək, yaşlı insanları hədəfə almaq, qorxutmaq nəyə və kimə lazımdır?
Səbəb çox sadədir. Mənim ictimai-siyasi fəaliyyətim.
İcraçılar da kim olsa yaxşıdır. İllərdir əhalinin pay torpaqlarını alıb satan, seçkisiz filansız, təyinatla çalışan Hənifə bələdiyyəsinin nümayəndəsi Əliyev Rövşən, elə ondan geri qalmayan Balakən rayon kənd təsərrüfat idarəsinin rəisi, illərdir o vəzifədə qocalan Bayramov Telman. Bir də onların əlaltıları. Sifarişçilər isə yəqin ki, hamınıza məlumdur.
Bu cür qanunsuz yollarla vəzifədə oturan, Balakən ucqar rayondur deyə istədiyi edən, at oynadan adamlara görə biz bu gün əziyyət çəkirik. Yaxşı olar ki, mənim ictimai-siyasi fəaliyyətimdən narahat olan şəxslər, Balakənə gedib bir baxsınlar görək kim torpaqların qanunsuz satışı ilə məşğul olur, kim süpürgəçilik sistemi qurub korrupusiya ilə məşğul olur. Sonra gəlib mənə nəsə deyərlər”.
Hefteaz.com