İran ordusunun dünən gecə İsrail istiqamətində buraxdığı yüzlərlə ballistik raket və PUA-ların heç biri İsrail torpaqlarına düşməyib. Belə ki,
İranın İsrailə gecə hücumu uğursuz oldu, İsrailin hava hücumundan müdafiəsi raket və pilotsuz təyyarələrin 99%-ni vurdu.
İranın atdığı bir dənə də olsun “Şahed” və ya qanadlı raket İsrailə çatmadı – onlar ölkə hüdudlarından kənarda məhv edildi. Balistik raketlərin əksəriyyəti də İsrail ərazisindən kənarda vurulub. İsrail mediası xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi etibarlılığını bır daha sübut edib.
“The New York Times”ın məlumatına görə, İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 ballistik raket atıb. Raketlərin bir hissəsi İraq və Yəməndən atılıb.
Hefteaz.com xəbər verir ki, İsrail ordusunun açıqlamasında belə deyilir.
İsrail ordusu bildirir ki, İranın raket və PUA-ları “güclü müharibə koalisiyası” tərəfindən məhv edilib. PUA-lardan cəmi 25-i İsrail səmasına daxil ola bilsə də, onlar da məhv edilib.
Hefteaz.com