Hefteaz.com xəbər verir Rusiya sülhməramlılarının ölkəsdən çıxmasına bəzi siyasətçilər bir mənalı baxmır. Belə ki, politoloq Azər Qasımlının fikirincə Rusiya sülhməramlılarının ölkədən çıxarılmasında Rusiyanın məqsədləri var.
Azər Qasımlı hesab edir ki, həm Rusiya sülhməramlılarının ölkəni tərk etməsi, həm Ermənistanın Qərbə yaxınlaşması, həm də Fransanın Bakıdakı səfirini məsləhətləşmələr üçün geri çağırması və Azərbaycan-ABŞ münasibətlərinin pis olması suallar doğurur:
“Paralel olaraq Azərbaycan və Rusiya mətbuatında Ermənistanla bağlı eyni tezislər tirajlanır. Məncə, baş verənlər son 2-3 ilin proseslərinin tərkib hissəsidir və böyük savaşa doğru gedir. Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir, yəni Kremlin təhriki ilə Zəngəzur dəhlizində belə arzuolunmaz vəziyyət yarana bilər. Bilirsiniz, Kreml heç vaxt Ermənistandan belə asan şəkildə əl çəkməz, ona görə bütün vasitələrini işə salacaq”.
Azər Qasımlı Belarusu misal çəkərək bildirib ki, ölkəsində Rusiya ordusu olmayan Lukaşenko bütün siyasətini Putinlə məsləhətləşir:
“Yaxud Suriyada Rusiya kontingenti sonradan olub. Yəni Rusiya hərbi kontingentinin olub-olmaması hazırda o qədər də önəmli deyil. Çünki dünya iki yerə bölünüb: demokratiya və diktatura rejimlərinə. Azərbaycan artıq Belarusdakı kimi bir rejim formalaşdırır, hər ikisi də Rusiyanın müttəfiqləridir. Məqsəd də Qərbi bölgəyə buraxmamaqdır. Onsuz da Rusiya sülhməramlıları Qarabağda simvolik xarakter daşıdığından regionda müharibə aparası deyildi. Hətta Gümrüdə olan Rusiya hərbi bazası da simvolik xarakter daşıyır”.
Hefteaz.com