Müəllif – Aqil Mahmud
Bu məqaləni yazmaq fikirim yox idi. Çünki mənim hədəfim hər zaman hakimiyyət olub. Amma apardığım müşahidələr onu göstərir ki, indiki iqtiidarın hakimiyyətdə qalmasına səbəb bəzi müxalifət liderləridir. Çünki, indiki iqtidarın rəhbərləri ilə bəzi müxalifət liderlərinin fərqi yoxdur.
Belə ki vaxtilə YAP rejiminin qalması üçün 2003-cü il tarixində Müsavat partiyasının yanında yer almayanlar AMİP -lə müttəfiqliyə dedərək bu rejimin yaşamasına revanş yaratdılar.
Maraqlıdır ki, hər seçkidə min-cür bəhanə ilə seçkiyə qatılmayanlar yenə də bu yaxınlarda keçirilən növbədənkənar prezident seçkilərində yenə də bu hakimiyyətin ömrünü uzatdılar. Guya ki, xalq passivdir və baykot edənlər xalq üçün dəridən qabığdan çıxırlar. Səhf anlayışdır.
Mənim bu siyasətdə 30 illik təcrübəmə görə, bu bir şoudur və hakimiyyətin namizədinə revanş vermək fürsəti adlanır. Marqlısı budur ki, bəzi “müxalifət” liderləri hakimiyyətə qarşı öz Youteb telekanallarında tənqid edən tanınmış jurnalist Sevin Osmanqızına və Azad soz youteb telekanalın rəhbəri Tural Sadıxlıya qarşı qara-piar kompaniyasına başlayıblar. Bu kompaniyanı başlayan və müxalifət tərəfindən trolluq edən elektrota bir sözüm var. Necə olur ki, Osmanqızı və Azad söz kanallarında sizin lideriniz və yaxud ona yaxın siyasətçilər çıxış edərkən Sevinc və Tural yaxşı oğlan olur, amma sizə irad bildirəndə guya xalq düşməni olurlar.
Rəsul Quliyev demişkən: ” Ay badbaxtlar siz öz liderinizdən baykot məsələsinin hesabatını almaq əvəzinə düşmüsünüz xalqını sevən və bu hakimiyyətə qarşı mücadilə edən Tanınmış internet telekanalllarının rəhbərlərinə qarşı qara-piar aparırsınız. Bu piarla siz liderinizin cəmiyyətdə nüfuzunu aşağı salırsınız. Acınacaqlısı budur ki, mənim feysdə Nazim Baku adlı bir şəxsin dostluğumda olması və Sevinc xanımın atası haqqında nalayiq fikirlər söyləməsi hakimiyyət üçün sevindirici və bir müxalifətçi kimi mənə utancdır. Çünki bu adam öz profilində şəxsi fotosu deyil, ulu öndər M.Ə.Rəsulzadənin fotosu ilə tanınmaq istəyir.
Onu it kimi qovdular
Bu “adam” utanmadan Sevinc xanımın atası və hər zaman Azərbaycan xalqı ilə ürəyi döyünən tanınmış jurnalist haqda utanverici statuslar yazır. Bu şəxsiyyəti olmayanlara bildirmək istərdim ki, Osman Mirzəyev Azərbaycanın ilk şəhidlərinin biri sayılır. Şərəfiniz varsa bu şəxs haqda düzgün mövqe sərgiləyin.Amma mən sizdə bu şərəfi görmürəm. Ümumiyyətlə sizin bu xalq adından danışmağa haqqınız yoxdur.
Hefteaz.com