Hefteaz.com saytı xəbər verir ki, bəzi mətbuat orqanları son zamanlar “Pilgrim Education” şirkətinə qarşı qara-piar kompaniyası aparır. Bununla bağlı Şirkət bəzi KİV-lə qarşı açıqlama verməklə bəyanat yaymışdır.Həmin bəyanatı sizə təqdim edirik:
“İctimaiyyətin diqqətinə, cox təəssüfki son dövrlərdə haqqımızda yazılan, sizlərə təqdim olunan “əsassız iddilara” səssizliyimizi pozmaq məcburiyyətində qaldıq. Bəli, əsassız deyirik, çünki barəmizdə paylaşılan məlumatlarla bağlı heç bir dəlil və fakt yoxdur. Əlbir olan bir qrup şəxs barəmizdə dezinformasiya yaymaqla məşğuldur. Məqsəd “Pilgrim Education” şirkətini şantaj edərək özlərinə yeni qazanc kanalı yaratmaq, qarayaxma kampanialarina alət edərək imicimizə xələl gətirməkdir.
Çox təəssüfki bu cür addımlar hətta bir sıra “media nümayəndələri “ tərəfindən də davam etdirilir. Onlar mövqeyimizi öyrənmədən, məsələyə aydınlıq gətirmədən, şirkəti təhdid və şantaja alət etmək məqsədi ilə postlar paylaşır. Bir neçə tələbəni də öz oyunlarına düçar edərək, şirkət əleyhinə çıxışlar etdirirlər.
Pilgrim education bütün tələbələrə xüsusi yanaşıb və onların seçdikləri univesitetlərə qəbulu üçün bütün öhdəlikləri yerinə yetirib. Pilgrim education şirkətinin rəhbəri Aisa aslanova tələbələrin qazandığı uğurları şirkətin sosial media səhivəsində mütəmadi olaraq paylaşır. xanım əleyhimizə çıxış etsə də, videoda da göründüyü kimi müraciətcinin istəyinə uyğun olaraq onun xaricin nüfuzlu ali təhsil müəssilərindən birinə qəbulu şirkət tərəfindən reallaşdırılmışdır. Lakin tələbə qəbul gələndən sonra şirkətlə əməkdaşlığı dayandırmış və növbəti mərhələlərdə şirkətin dəstəyindən imtina etmişdir. Bizdə ona dair video görüntülər var.
https://www.youtube.com/shorts/P7ODpD72DN4
Bu görüntülərdə isə şirkətə müraciət edərək universitete qebul alan telebeler yer alıb. Türkan qurbanova da Onlar arasindadır. Sözügedən tələbə hətta sevincini göstərmək məqsədilə tort alaraq şirkətə yollanıb. Videoda da bu öz əksini tapır. Lakin xanımın valideyni övladının qebul almamasını bildirerek şirketden ödeniş teleb edir. Lazım gələrsə, təqdim etdiyimiz faktlar ise tam əksini sübut edəcək. Bir daha bildirək ki, bu cür dezinformasiyalar şirkətin nüfuzuna xələl gətirmək üçün aparılan ucuz oyunlardır.
Məqsəd isə tələbələr arasında ajiataj yaradaraq uğurlarımlz qarşısında əngəl yaratmaqdır
Hefteaz.com