Məlumat üçün bildirək ki, “Azəriqaz” İB Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Osman Beybutov Real televiziyasının canlı verlişlərinin birində Göyçay əhalisini təhqir edib. Belə ki, “Regionların Qaz Təchizatı” mövzusu ətrafında jurnalistin suallarını cavablandıran Osman Beybutov Göyçay sakinləri sayğaclara müdaxilə etdiyini və limitdən artıq təbii qazdan istifadə etməklə qazı oğurladıqlarını dolayı yolla iddia etdi. Onun bu çıxışı əslən Göyçaylı olan “Həftəlik Azərbaycan” Media Qrupunun rəhbəri tanınmış jurnalist Aqil Mahmudov tərəfindən bir mənalı qarşılanmamışdır.
Bu səbəbdən də Osman Beybutovun işdən uzaqlaşdırılması və onun korrupsiyaya qurşandığı barədə dəfələrlə Həftəlik Azərbaycan media qrupuna məxsus olan Hefteaz.com və yotub kanalında silsiləli məqalələr dərc edilmiş və bir çox korrupsiya faktları üzə çıxmışdır. Ona görə SOCAR və Azəriqaz rəhbərliyi saytımızın bu faktlarına əsasən Osman Beybutovu işdən uzaqlaşdırıb.
Hal-hazırda Respublika prokurorluğu Osman Beybutova qarşı cinayət işi açıb. Qeyd edək ki, Həftəlik Azərbaycan media qrupunun rəhbəri Aqil Mahmudov bir Göyçaylı kimi onu xüsusi ittihamla Ağsu rayon məhkəməsinə iddia qaldırıb.Amma nədənsə sehrli çübuğun gücü ilə hələ proses baş tutmayaraq təxirə salınır.
Hefteaz.com