MÜSTƏQİL REDAKTORLAR BİRLİYİNİN
NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI
BƏYANATI
Müstəqil Redaktorlar Birliyi bəyan edir ki, birliyin üzvü olan 18 nəfər jurnalist seçkini müşahidə etmək məqsədilə öz təşəbbüsləri xətti ilə Mərkəzi Seçki Komissiyası tərəfindən akkreditasiya olunaraq Respublikanın 15 seçki dairəsində növbədənkənar prezident seçkilərini müşahidə edərək seçki haqqında birgə hesabat hazırlamışlar. Hesabatda göstərilir ki, iki dairədə 53 saylı Yevlax-Mingəçevir və 38 saylı Gəncə birinci seçki dairələrində çuzi pozuntular qeydə alınsada digər 13 seçki dairəsində seçkinin təşkili və seçicilərin kütləvi şəkildə səsvermədə iştirak etməsi müşahidə olunmaqla yanaşı, hər hansı bir seçki pozuntusu qeydə alınmamışdır. Əsasən 91 saylı Göyçay, 92 saylı Göyçay – Ağdaş , 94 saylı Ucar və 89 saylı İsmayıllı seçki dairələrində seçicilərin aktivliyi vəseçkinin təşkili müşahidə olunmuşdur. Müstəqil Redaktorlar Birliyi 15 seçki dairəsində seçkini müşahidə edən 18 nəfərdən ibarət jurnalistlərin rəyini əsas götürərək bəyan edir ki, Müstəqil Redaktorlar Birliyi monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edir.
Müstəqil Redaktorlar Birliyinin idarə heyəti
Bakı şəhəri
9 fevral.