Bu gün, Xətai Rayon Məhkəməsində “AbzasMedia” saytının əməkdaşı, jurnalist Nərgiz Absalamovanın həbs müddətinin daha 3 ay müddətində uzadılması barədə qərar qəbul edilib.
Nərgiz Absalamova barəsində bundan öncə, dekabrın 1-də Xətai rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
N.Absalamova özünü təqsirli bilmir və həbsini öz jurnalist fəaliyyəti ilə əlaqələndirir.
Hefteaz.com