Hefteaz.com xəbər verir ki, Türkiyə – Qərb münasibətlərində böyük dəyişiliklər baş verməyə start verilib.
Belə ki, Türkiyə prezidenti Ərdoğan İsveçin NATO üzvlüyünə Türkiyənin razılığını rəsmən təsdiqlədi. Bununla da Türkiyə – Qərb münasibətlərində hazırkı dövrün ən böyük əngəli qurtardı.
Bu günlərdə ABŞ tərəfindən də Türkiyəyə doğru xoşməramlı jest edildi. Bayden adminstrasiyası konqresə müraciət edib ki, Türkiyəyə 20 milyard dollarlıq F-16 satışına razılıq versin.
Beləliklə, Türkiyə – ABŞ münasibətlərində buzlar əriməyə başlayır.