Ermənistanda əsirlikdə olan hərbçilərimiz, Hüseyn Axundovla Aqşin Bəbirov azad edilib.
Hər iki əsgərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb. Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.
Dekabrın 7-i isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Hefteaz.com xəbər verir ki, bu gün razılaşma əsasında hərbçilərin dəyişdirilməsi baş tutub.
***
Bu gün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilər mübadiləsi həyata keçirilib.
Azərbaycanda saxlanılan 32 erməni hərbçi qarşı tərəfə verilib.
Həmçinin Ermənistanda saxlanılan iki əsgərimiz geri qaytarılıb.
Azərbaycan tərəfi 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxsləri geri qaytarıb. Onların siyahısını təqdim edirik:
1. Avakyan Hraç Arzumanoviç;
2. Serobyan Geqam Samveloviç;
3. Hovanesyan Haykaz Koryunoviç;
4. Tosunyan Levon Aşotoviç;
5. Baqdasaryan Artur Eduardoviç;
6. Stepanyan David Stepanoviç;
7. Herabyan Hrayr Hraçoviç;
8. Mikaelyan Andranik Vazgenoviç;
9. Avakyan Serop Surenoviç;
10. Kostanyan Narek Aqaoviç;
11. Harutyunyan Varazdat Seryojeviç;
12. Martoyan Manuk Hovanesoviç;
13. Vardanyan Arsen Araikoviç;
14. Dilanyan Arman Vazgenoviç;
15. Tadevosyan Hrayr Vardanoviç;
16. Bahrikyan Vahagan Edikoviç;
17. Aramyan Karen Armenoviç;
18. Sukiasyan Andranik Srapoviç;
19. Martirosyan Gevorg Samveloviç;
20. Kirakosyan Eduard Armeni;
21. Gevorkyan Robert Hovikoviç;
22. Yegiazaryan Sasun Seyranoviç;
23. Hakopyan Volodya Qaqikoviç;
24. Avakyan Tiqran Manikoviç;
25. Saqatelyan Qriqor Seyranoviç;
26. Avetisyan Vaqarşak Aşotoviç.
Bundan başqa, müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədi, habelə “Laçın” sərhəd-buraxılış məntəqəsində tutulmuş bəzi şəxslər də Ermənistana veriliblər. Onların adlarını təqdim edirik:
1. Rafaelyan Vladimir Otari;
2. Sarqsyan İşxan Aşoti;
3. Ovagimyan Arutyun Yurikoviç;
4. Kazaryan Karen Aşotoviç;
5. Voskanyan Qagik Aşoti;
6. Eulcekcian Viken Abraham.