Hefteaz.com xəbər verir ki, İranda Tehran şəhərinin 16 yaşlı sakini Armita Geravənd deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparıldıqdan sonra orada huşunu itirərək vəfat edib.
Bu barədə xəbəri İran dövlət mediasına istinadla CNN yayıb.
Təsnim agentliyinin yazdığına görə Geravəndin saxlandığı klinikada həkimlərin bütün səylərinə baxmayaraq qızın həyatını xilas etmək mümkün olmayıb.
İran insan haqları müdafiəçilərinin məlumatına görə yeniyetmə qız oktyabrın 1-də Tehranda, Şühəda metro stansiyasında hicabsız olduğuna görə saxlanıb.
Henqav İran-kürd insan haqları təşkilatı bildirir ki, polislər əslində Geravəndin üzərinə fiziki hücum ediblər və o, aldığı xəsarətlərdən koma vəziyyətinə düşüb.
Azadlıq Radiosu