Hefteaz.com xəbər verir ki, həftə ərzində Azərbaycana qonşu olan Türkiyə və Rusiyanın milli valyutaları dollar qarşısında dəyər itirməyə davam edib.
Bu gün bir dollar 99 rubl, 27 lirədir.
Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Bu ölkələrin valyutalarının zəifləməsi Azərbaycana, ölkənin milli valyutasına nə vəd edir? Manatı nə gözləyir?
Tanınmış iqtisadçılar deyir ki, rubl dollara nisbətdə yeni psixoloji həddə yaxınlaşmaqdadır.
ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil.
Artıq Rusiyada 1 dollar almaq üçün 100-ə yaxın rubl ödəmək lazımdır.
Son 1 ayda rublun itirdiyi dəyər 8 faizə qədərdir.
Türkiyədə də vəziyyət ürəkaçan deyil. Lirə də dollar qarşısında yeni psixloji həddə yaxınlaşır. Belə ki, 1 dollar 27 lirədir.
Türkiyədə məzənnənin, sadəcə, ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir.
Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür:
Belə ki, sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır. Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müəyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.
Hefteaz.com