Bəzən yerli icra hakimiyyəti sturuktorları təyin olunarkən onlara göstərilən etimadı doğrultmaq əvəzinə şəxsi mənfəətlərini daha önə çıxarırlar ki,bu da nəticə etibarı ilə onların fiaskosu ilə sona çatır. Bu da ən çox cəmiyyətin taleyüklü problemlərinin mövcudluğu ilə daha çox müşahidə olunur ki,ölkə rəhbərinin ən həssas yanaşdığı mövzu olması heç kimə sirr deyildir. Ən acınacaqlısı isə bu taleyi yaşayan həmin çinovnikin acınacaqlı taleyindən digər məmurların,konkret bəzi icra hakimiyyəti başçılarının nəticə çıxarmamasıdır.
Bu gün sizlərə Abşeron rayonu, Masazır qəsəbəsində yol kənarında, Ə.Vahidin heykəli yaxınlığında Qarpız satışı həyata keçirən bir yük avtomobilindən bəhs edəcəyik ki, bu da Abşeron rayon icra hakimiyyəti ilə yanaşı Abşeron RPI-nin, Abşeron rayon DYP şöbəsi rəhbərliyinin bilavasitə vəzifə səhlənkarlığının bariz nümunəsidir(?).Bunun da vaxtında qarşısı alınmayacağı təqdirdə ağır nəticələrə səbəb olma ehtimalı böyükdür…
Belə ki, əhalinin sağlamlığını ciddi şəkildə təhlükə altına salan fəaliyyətlərdən biri də qanunsuz olaraq səyyar ticarətin aparılmasıdır.Bu fəaliyyətin təhlükəli xassəsi, bu fəaliyyətin keyfiyyətinin qiymətləndirilmədən,müvafiq orqanların rəyi olmadan aparılmasıdır.Səyyar ticarət xidməti sanitariya normalarına riayət olunmadan aparıldığından bir çox xəstəliklərə yol açır.Əfsuslar olsun ki,küçələrdə,səkilərdə və digər ictimai yerlərdə səyyar ticarətin qanunsuz olaraq,aparılması hallarına rast gəlmək münkündür.Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında 3 aprel 2014-cü il tarixli Nazirlər Kabinetinin Qərarının 20.2-ci maddəsinə əsasən,müəyyən edilmiş sahələrdən kənarda səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır. “Bakı şəhərində və ətrafında səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydaları” konkret olaraq,yaşayış olan ərazisində ticarətin aparılmasına dair göstərişləri müəyyən etmişdir.Həmin hüquqi aktın 2.2-ci maddəsində qeyd edilmişdir ki, Səyyari (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, hökumət və idarəetmə orqanları binalarına, tarixi memarlıq və heykəltəraşlıq abidələrinə, uşaq, məktəbəqədər və digər tədris müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.
Inanıriq ki, məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi ciddi tədbirlər həyata keçirəcəkdir…
Hefteaz.com