Foto – Əziz Əzizov
Hefteaz.com xəbər verir ki, 44 günlük müharibədə qəhrəmancasına şəhid olanların ailələri və Qarabağ qazisinin problemlərinin həlli Dövlətin bir nömrəli iş proqramın əsas vəzifəsi olsada bəzi məmurlar buna əməl etmək əvəzinə torpaqlarımız uğrunda şəhid olanların ailələrinə və yaxud döyüşlərdə iştirak və yaralanan qazilərimizə qarşı öz çirkin sifətlərini büruzə verərək nəinki onların problemlərini həll etmirlər, hətta onlara qarşı aqressiv münasibət göstərməkdən belə çəkinmirlər. Bu məmurlardan biri də Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovdur.
Müstəqil Reportyorlar Komitəsi idarə heyətinin üzvü, dəfələdrlə siyası məhbus olan tanınmış jurnalist Əfqan Sadıxov öz feysbuk səhifəsində Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun bu çirkin kompaniyada əsas fiqurlardan biri olduğu barədə məqalə yazıb. Həmin Məqaləni olduğu kimi sizə təqdim edirik:
“Qarabağ qazısinin həyat yoldaşı olan şəhid bacısından rüşvət istəyən, özünü də məhkəməyə verərək üzünə duran Suraxanı rayon icra hakimiyyətini başçısı Əziz Əzizov.
Suraxanıda gücünü indi də qadınlara, şəhid bacılarına, jurnalist qızlara göstərməyə çalışan kişi parçası, başçı parçası Əziz Əzizov!
Mən elə bilirdim, Yasamalda 5 qardaş laçınlılar səni şil-küt edəndən sonra ağıllanacaqsan. Yox, deyəsən keçən dəfə “doza” zəif olub. Bu dəfə 5 qardaşlara xahiş etmək lazımdır ki, sənin üz-gözünü yenidən yaxşıca, ömrün boyu unuda bilməyəcəyin bir formada bəzəsinlər. Özü də küçədə yox, gözəllik salonunda.
Deyirlər, guya öz başının “qoçu dəstəsi”ylə, əslində, yanında saxladığın çaqqal sürüsü ilə xanım jurnalist Zəhra Kələndərovaya hücum edərək onun jurnalist vəsiqəsini, telefonunu də əlindən alıbsız.
Sən Yasamalda sındırıldın!
Ləqəbin də qalacaq “sındırılmış başçı”!
Sən Suraxanıda şəhid bacısını məhkəməyə vermisən. Ay Əziz, köhnə peşəndən əl çəkmədin də. Cəlilabadda bir qadının üzünə duraraq şərləyib tutdurdun.
Əziz, ölüb yerə girmirsən?! Qarabağ qazisinin həyat yoldaşının, şəhid bacısının məhkəmədə üzünə duracaqsan?! Ayə, sən nə abırsız adam, başçıymışsan!
Sən Əvəz Zeynallının, Elnur Şükürovun, Cəlilabadda qadının, Suraxanıda şəhid bacısının və digərlərinin üzünə durursan.
Sən üzəduransan!
Öyrəşikli quşsan!
Elə buna görə də Avropa bizim inkişafımıza paxıllıq edir, bizə çata bilmir!”
Hefteaz.com