O, Moskvada dünyasını dəyişib.
“A`Studio” qrupunun birinci solisti Batırxan Şukenov Moskvada 52 yaşında vəfat edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prodüser Aleksandr Semin bildirib.
“Bu gün keçirdiyi infarktdan dostum – “A`Studio” qrupunun solisti Batırxan Şukenov vəfat edib”, – o, öz İnstagram səhifəsində yazıb.
Batırxan Şukenov 1962-ci ildə Qazaxıstanda anadan olub. O, konservatoriyanı Almatıda bitirib. Karyerasına isə müğənni Roza Rımbayevanın yanında saksofon ifaçısı kimi başlayıb. 1988-ci ildə isə “A`Studio” qrupunu yaradıb. 2000-ci ildə Şukenov qrupu tərk edərək, solo karyerasını bərpa edib.