Münhenin “Bavariya” komandasının və Almaniya yığmasının qolkiperi Manuel Noyer futbol tarixində ən məşhur qapıçının – Lev Yaşinin adını bilmir.
Alman KİV-ləri xəbər verir ki, bu il Noyer, habelə argentinalı Lionel Messi və portuqal Kriştiano Ronaldo ilin ən yaxşı futbolçusuna veriləcək mükafat – “Qızıl top” mükafatı iddiasındadır.
“Daily Mail” futbol “bilicisinin” dediklərini sitat gətirərək yazır: “Yalnız bir qapıçı “Qızıl top” alıb. Bu, Rusiyadan olan qolkiperdir, amma mən onun adını unutmuşam. Qapıçı üçün iddiaçıların üçlüyünə düşmək çox çətindir. Bu, mənim üçün böyük şərəfdir. Mən “Bavariya”dan və Almaniya yığmasından olan tərəfdaşlarıma minnətdaram. Bu, onların sayəsində mümkün olub”.
Keçən mövsümün yekunlarına görə “Qızıl top” K.Ronaldoya təqdim edilmişdi. Ondan əvvəl bu mükafatı dalbadal dörd dəfə Messi alıb.
Mükafat 2010-cu ildə “France Football” jurnalının “Qızıl top” və FİFA-nın “İlin oyunçusu” mükafatlarının birləşməsi əsasında təsis edilib.
Ronaldo və Messi soyadları KİV-lərdə daim fantastik nəticəlilik və parlaq oyun sayəsində xatırladılır. Buna görə də onlardan hansı birininsə fəxri mükafat alması ehtimalı çox böyükdür.
Noyerin Braziliyada keçirilmiş dünya birinciliyindəki gözəl çıxışı onun xeyrinə danışmağa əsas verir. Orada Almaniya yığması final oyunda Argentina komandasına qalib gələrək 24 ildən sonra yenidən çempion titulunu qazandı.