“Yataqxanada 20-30 ailə yaşayırdı”.
Bu barədə ətrafdakı sakinlər məlumat verib.
İlkin məlumata görə, iki mərtəbəli yataqxananın ikinci mərtəbəsinin böyük hissəsi yanıb.
Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir. (oxu.az)
**
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib
Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
Sumqayıt Tibb Kollecinin həyətındə yerləşən yataqxana yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən “Report”a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hefteaz.com