Hefteaz.com xəbər verir ki, Gürcüstanda noyabrın 4-də başlayan beynəlxalq tədbirdə Azərbaycanı Müsavat rəhbərliyi – partiyanın başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər və başqanın müavini Səxavət Soltanlı təmsil edirlər.
Tbilisidə “Qara dəniz bölgəsinin gələcəyi” mövzusunda keçirilən beynəlxalq Konfransda Almaniya, Böyük Britaniya, Belçika, Niderland, Gürcüstan, Ukrayna və Ermənistandan olan deputatlar, siyasətçilər, araşdırmaçılar, səfirlər iştirak edir.
“Bu gün konfransda regional məsələlər, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycan-Ermənistan arasındakı münasibətlər müzakirə edildi. Müzakirələrimiz daha 2 gün davam edəcək” – deyə, Səxavət Soltanlı bildirib.