AbzasMedia direktoru Ülvi Həsənlini və Baş redaktoru Sevinc Vaqifqızının həbsi ilə bağlı Müsavat Avropa Koordinasiya Mərkəzinin
Bəyanatı.
20.11.2023 tarixində “Abzas Media” direktoru Ülvi Həsənli xaricə səfəri zamanı hava limanında saxlanılıb. Saxlanılarkən polis zorakılığına məruz qalıb.
Daha sonra isə media orqanın daha bir rəhbər şəxsi , baş redaktor Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən hava limanında həbs edilib.
Həbslərdən sonra “Abzas Media”nın ofisində və hər iki rəhbər şəxsin mənzilində axtarış edilib.
Biz bu həbslərin həmin media qurumunun fəaliyyəti,xüsusən də Ülvi Həsənlinin Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini araşdırması ilə ilə əlaqədar olduğu qənaətindəyik.
Müsavat Avropa Kordinasiya Mərkəzi olaraq bu həbsləri Azərbaycanda ifadə azadlığına,azad mediaya qarşı təzyiqlərin davamı kimi qiymətləndiririk.
Azərbaycan hakimiyyətindən hər iki şəxsin dərhal azadlığa buraxılmasını, Azərbaycanın onsuzda bərbad vəziyyətdə olan beynəlxalq imicinə zərbə vuran ifadə azadlığına , azad mediyaya basqılara , siyasi opponentlərə, müxalif fəallara qarşı repressiyalara son verməsini tələb edirik.
Müsavat Avropa Koordinasiya Mərkəzi Koordinasiya Şurası.
Hefteaz.com