Hefteaz.com xəbər verir ki, Müsavat Avropa Kordinasiya Mərkəzi Müsavat partiyasın başqanı Arif Hacılının oğlunun qeyri-qanuni həbsi ilə bağlı Azərbaycan hakimiyyətinə bəyanat verib. Həmin bəyanatı sizə təqdim edirik:
“Azərbaycan hakimiyyəti siyasi rəqiblərinə qarşı mübarizədə yenə də öz avanturist üsullarına baş vurur. Siyasi rəqiblərini zərərsizləşdirmək üçün heç bir etik və insani çərçivə tanımayan Azərbaycan hakimiyyəti bu dəfə də Müsavat Başqanı Arif Hacılını oğlu Orxan Hacılını qondarma səbəblərdən həbs edərək onun üzərindən cəzalandırmağı seçdi.
Belə ki, Orxan Hacılı videodan da göründüyü kimi günahı olmasa da bir avtomobil qəzasına qarışmışdır və heç bir ağır fiziki zərər görən olmamışdır. Hətta Orxan Hacılı bu xırda qəzada günahkar olsa belə onun cəzası həbs deyil. Görünən odur ki, hakimiyyət yenə öz xislətinə uyğun bu adi yol qəza hadisəsindən Müsavat Partiyasının Başqanı Arif Hacılıya təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
Ölkədə yaradılan bu hüquqsuz və antidemokratik vəziyyət Azərbaycanın onsuz da yaxşı olmayan imicini daha da zədələyir. Bunun nəticəsidir ki, Qarabağ məsələsi kimi Azərbaycan haqlı olduğu məsələlərdə də beynəlxalq aləmin dəstəyini ala bilməməsinə səbəb olur. Müsavat Avropa Kordinasiya Mərkəzi olaraq Azərbaycan Müsavat Partiyasının Başqanı Arif Hacılının oğlu Orxan Hacılının dərhal azad edilməsini, siyasi rəqiblərə qarşı bu kimi bütün insani ,etik və siyasi mübarizə çərçivələrinə sığmayan hərəkətlərə son verməsini tələb edirik.
Həmçinin bu halların davam etməsi durumunda bu hərəkətlərin beynəlxalq təşkilatlara çatdırılması və Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi üçün bütün imkanlarımızı sərf edəcəyimizi bəyan edirik.”
Müsavat Avropa Kordinasiya Mərkəzi Koordinasiya Şurası sədri
Nurlan Əliyev
Hefteaz.com