“Məlumat vermişdik ki, ictimai fəal Möhyəddin Orucov sosial media hesabında dövlət başçısı İlham Əliyevi tənqid etdiyinə görə polis orqanlarının diqqətini cəlb edib, gənci xırda xuliqanlıqda, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamada ittiham ediblər.
Qurama ittihamlar əsasında təqsirsiz gənc 30 sutka inzibati qaydada həbs olunub.
Az əvvəl Möhyəddin Orucovun anası Təranə xanım mənimlə əlaqə saxladı.
Ana bilidirir ki, Möhyəddin saxlanılan gün 32-ci polis bölməsində işgəncəyə məruz qalıb, daha sonra əlllərini və ayaqlarını stula bağlayıb, səhərədək polis bölməsinin həyətində saxlayıblar.
Hazırda həbsdə olan Möhyəddinin böyrəklərində ciddi narahatçılıq var, sidik ifrazı problemi yaşayır.
Təranə xanım bildirir ki, həyat yoldaşı ilə birlikdə 32-ci polis bölməsinə yaxınlaşıblar, rəisə sual ediblər ki, “Oğlumuza kim işgəncə verib, hansı polis bu hala salıb?”
“Rəis də cavab verdi ki, “Hesab edin ki, mən döymüşəm, nə olub ki?”-deyə Təranə xanım bildirir”.
Rüfət Səfərov
Hüquq müdafiəçisi
Hefteaz.com