Hefteaz.com xəbər verir ki, Rusiyada antisemitizm təbliğatı öz bəhrəsini verir. Bazar günü axşam saatlarında bir neçə yüz islamçı Dağıstanın paytaxtı Mahaçqalada hava limanını ələ keçirib və gələnlər arasında yəhudiləri axtarır və “şübhəli” şəxslərin pasportlarını alib onları dindirir.
Bildirilir ki, hava limanı bağlanıb və Təl-Əvivdən Dağıstana uçuşların buraxılmaması tələbi var.
Göründüyü kimi, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edə bilmir.
Hefteaz.com