Hefteaz.com xəbər verir ki, Azərbaycanda narın qədim tarixi var. Nar tarixən Azərbaycanın demək olar ki, bütün regionlarında yetişdirilir. Quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilməsi üçün ideal məkandır.
Göyçay narı isə ən yaxşı nar hesab olunur. Bunun sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimi və torpağın tərkibi ilə bağlıdır. Azərbaycan bağlarından ildə 40000 ton nar yığılır. Gülöyşə adlı nar isə öz dadı, tamı ilə daha çox məşhurdur.
Bu səbəbdən də iknci Qarabağ döyüşləri istisna olmaqla yəni müharibə başladığı gündən bu ilə qədər ölkəmizidə nar paytaxtı sayılan Göyçay rayonunda hər il ənənəvi nar festivalı keçirilib. Sərgidə rayonun 32 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif növ nar və onlardan məhsullar təqdim olunur. Nar yemək və nar sıxmaq yarışları keçirilir.
Əziz Azərbaycan xalqım! İnşallah 11 12 noyabr tarixində Meyvələrin şahı nar bayramının Göyçayda möhtəşəm keçiriləcək. Bir Göyçaylı kimi xalqımızı bu bayrama dəvət edirəm. bayramımızın möhtəşəm keçməsi üçün Respublika və rayon rəhbərliyi əlindən gələni edir. hər zaman Azərbaycan mətbəxini və yaxud meyvələrini “özünüküləşdirən” ermənilər meyvələrin şahı sayılan narıda öz meyvələri kimi qələmə verirlər. Ancaq reallıq və tarixi faktlar ermənilərin dezinformasiyasını alt-üst edir.
Ona görə ki, həm müharibədə məğlub olan , həmdə bu cür provokosiyon təbliğatları ilə tarixi faktlar qarşısında aciz qalan erməni xalqına göz dağı verməliyik. Çünki bizim xalq hər zaman üzü gülməli və sevinc hissi yaşamalıdır.
Hefteaz.com